Alçanı duzla yeməyin ZİYANLARI

Alçanı duzla yeməyin ZİYANLARI

Hazırda oxunan: Alçanı duzla yeməyin ZİYANLARI

249031

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir.

Bizim.Media xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrindən biri də alçadır.

Bu meyvə tərkibindəki C, A və K vitaminləri, kalium, dəmir və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalıdır. Bu maddələr orqanizmin müdafiə sistemini gücləndirir, dərini daha gənc göstərir və ümumi sağlamlığa müsbət təsir edir.

Alça həzm sistemini dəstəkləyən və bağırsaqları normallaşdırmağa kömək edən liflərlə zəngindir, bu da qəbizlik kimi problemləri aradan qaldıra bilər. Lakin bəzi hallarda alça istehlakı tövsiyə edilmir. Mədə problemi olan insanlar reflüks, qastrit və ya mədə xorasından əziyyət çəkənlər turşuluğun təsiri ilə narahatlıq hiss edə bilərlər.

Qan təzyiqi və ya diabet xəstəliyi olan insanlar alçanı mütləq həkimlə məsləhətləşmədən yeməməlidirlər. Hamilə qadınlar üçün də bu meyvə bəzi narahatlıqlara yol aça bilər, buna görə onların istifadəsi diqqətlə yanaşılmalıdır.

Alçadan gündə 5-10 ədəd yemək kifayət edir. Duz əlavə olunduqda isə bu miqdar daha da azaldılmalıdır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO