May ayında bu məhusulları mütləq YEYİN: Ən faydalı tərəvəz və giləmeyvələr

May ayında bu məhusulları mütləq YEYİN: Ən faydalı tərəvəz və giləmeyvələr

Hazırda oxunan: May ayında bu məhusulları mütləq YEYİN: Ən faydalı tərəvəz və giləmeyvələr

248992

May ayının ən faydalı mövsümi tərəvəz və meyvələrin siyahısı açıqlanıb. Bu məhsulların tərkibində sağlamlıq üçün vacib olan vitaminlər və mikroelementlər var.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Rospotrebnadzor” məlumat yayıb.
 

Araşdırmalarla məlum olub ki, may ayında qida rasionuna daha çox göyərti daxil etmək tövsiyə olunur, onların tərkibində hematopoez üçün faydalı olan dəmir, mis və C vitamini var.


May aynda qida rasionunda olmazsa olmazlardan biri də turpdur. Turpun tərkibində iştahı və həzmi yaxşılaşdırmağa kömək edən C və B vitaminləri, efir yağları, karbohidratlar, fermentlər və ekstraktiv maddələr var.

Belə ki, bir dəstə turpun tərkibində ürəyi və əzələləri kalium və maqneziumla, sümükləri və dişləri kalsium və fosforla, qırmızı qan hüceyrələrini dəmir və kobaltla, saçları isə mis və manqanla təmin edəcək mineral və vitaminlər var. Mütəxəssislər tərəvəzlər içərisində pomidora da üstünlük verməyi məsləhət görürlər. Onların tərkibində likopen, askorbin turşusu, B vitaminləri, kalium, fosfor, dəmir, üzvi turşular və lif mövcuddur.

Bundan əlavə, xiyar da may ayının ən faydalı tərəvəzləri arasındadır. Bu tərəvəzin 95%-i sudan ibarətdir. Tərkibində az miqdarda C, B1 və B2 vitaminləri, həmçinin kalium var.

Həmçinin bu günəşli ayda rəflərə düzülən giləmeyvələrdən çiyələk, meşə çiyələyi, albalının qəbulu da orqanizmi vitaminlərlə zənginləşdirməyə kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO