"Son zəng"ə görə pul tələb edən direktor İŞDƏN ÇIXARILDI

"Son zəng"ə görə pul tələb edən direktor İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: "Son zəng"ə görə pul tələb edən direktor İŞDƏN ÇIXARILDI

248983

Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.
 

MÖVZU İLI BAĞLI:

Yaqut Müseyiblinin SƏS YAZISI yayıldı: Araşdırma BAŞLANILDI


Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Xatırladaq ki, sosial şəbəkələrdə Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İdialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edib.
Sözügedən səs yazısını təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO