Qusarın Mucuq kəndinə ilk dəfə təbii qaz VERİLDİ - FOTO

Qusarın Mucuq kəndinə ilk dəfə təbii qaz VERİLDİ - FOTO

Hazırda oxunan: Qusarın Mucuq kəndinə ilk dəfə təbii qaz VERİLDİ - FOTO

248978

Bu gün Qusarın rayon mərkəzindən 40 km aralıda yerləşən Mucuq kəndinə ilk dəfə təbii qaz verilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qusar İH-nin və Azədiqaz İB-nin Xaçmaz Regional Qaz İstismarı idarəsinin rəsmiləri və əməkdaşları, podratçı təşkilatın nümayəndələri, sakinlər və ziyalıların iştirakı ilə açılış mərasimi baş tutub.

Açılışdan əvvəl Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Mucuq kəndində Şəhidlərin Xatirə kompleksini ziyarət edərək abidə önünə güllər düzüb.


Sonra sakinlərin səbrsizliklə gözlədiyi açılış mərasimi reallaşıb. İcra başçısı illərdir mənzillərində qaz görməyi hərarətlə gözləyən mucuqluları təbrik edib, onlara mavi yanacaqdan sağlıqla istifadə etməyi arzulayıb. Rayon rəhbəri ölkədə olduğu kimi, Qusar rayonunda da yaşayış məntəqələrində qazlaşmanın sürətlə aparıldığını söyləyib.

Sahir Məmmədxanov qeyd edib ki, keçən il rayonun Avaran, Mucuq kəndlərində və Urva yaşayış məntəqəsində 140 ev olan massivdə qaz xəttləri çəkilib. Milli Məclisin deputatı Azər Badamov da Mucuq kəndinə təbii qaz verilməsi münasibəti ilə həmyerlilərini təbrik edib. Azəriqazın Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov, podratçı təşkilatın rəhbəri Oruc Rüstəmov Mucuq kəndində 305 abonentdən 113-ünün mənzilinə təbii qaz xəttinin çəkildiyini bildiriblər.

Qeyd olunub ki, hazırda podratçı təşkilat digər abonentlərə qaz çəkilişlərini davam etdirir. Kənd ağsaqqalı Qədim İsayev sakinlərin təbii qaz problemini həll edən yerli və mərkəzi qurum rəhbərlərinə minnətdarlıq edib. Ermənistanla sərhəddə 2022-ci ilin sentyabrında antiterror tədbirləri zamanı ermənilərin təxribatının qarşısını alarkən həlak olan şəhid Şair Heydərovun atası Camal Heydərov və icra başçısı Şahir Məmmədxanov Mucuq kəndinə təbii qaz verilişini simvolizə edən lenti kəsiblər. İlk mavi yanacaq şəhid atası Camal Heydərovun mənzilində yandırılıb. Camal Heydərov bütün sakinlər adından görülən bütün işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Sonra rəsmilər şəhid Şair Heydərovun ata evində mavi yanacağın verilməsini çay süfrəsi arxasında qeyd ediblər.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO