Yardımlıda 48 yaşlı qadın kirayədə qalan qohumunu QARƏT ETDİ

Yardımlıda 48 yaşlı qadın kirayədə qalan qohumunu QARƏT ETDİ

Hazırda oxunan: Yardımlıda 48 yaşlı qadın kirayədə qalan qohumunu QARƏT ETDİ

248955

Yardımlı şəhərində oğurluq hadisəsi ilə bağlı bir qadın hüquq-mühafizə orqanları saxlanılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, şəhər ərazisindəki evlərdən birində kirayədə qalan bir qadın yaşadığı evdən 5 min manat pulun yoxa çıxması ilə bağlı polisə müraciət edib. Onun şikayətini əsas götürən hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs – ev sahibinin qohumu, 48 yaşlı E. Miranova müəyyən edilib və saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO