“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov

“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov

Hazırda oxunan: “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov

248953

Xəbər verildiyi kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə Azərbaycan müəllimləri adlı milli müsabiqəyə start verilib. Qısa videoların yaradılması və izlənməsi üçün isə aparıcı platforma olan TikTokdan istifadə edilir. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər.

Maraqlıdır, nazirlik sözügedən layihəni həyata keçirmək üçün məhz TikTok platformasını niyə seçib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər:

“Hesab edirəm ki, bu çox maraqlı və innovativ bir ideyadır. Yeniliklərə açıq olmaq vacibdir. Bu baxımdan, Nazirliyin belə bir təşəbbüsünü yüksək qiymətləndirirəm.TikTok platformasının geniş auditoriyası var və onu izləyənlərin sayı milyonlarla ölçülür. Reallığı nəzərə alaraq maarifləndirici videoların bu platformada yayılması müsbət addımdır.
 

Üstəlik, şagirdlərin özləri də bu platformadan geniş istifadə edirlər. Bu təşəbbüs onların məsuliyyət hissini də artıracaq. Onlar anlayacaqlar ki, işi səviyyəli və keyfiyyətli şəkildə yerinə yetirmək lazımdır”, - deyə  deputat bildirib.


Qeyd edək ki, müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq. İlk üç yerin sahibləri iPhone 16 Pro smartfonları qazanacaqlar.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO