“Məni yandırmaq istəyirdi”- Gəncədəki partlayışın TƏFƏRRÜATI - VİDEO

“Məni yandırmaq istəyirdi”- Gəncədəki partlayışın TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: “Məni yandırmaq istəyirdi”- Gəncədəki partlayışın TƏFƏRRÜATI - VİDEO

248945

Xəbər verildiyi kimi Gəncənin Fikrət Əmirov küçəsi 22 saylı binasının 1-ci mərtəbəsində yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu baş verən yanğınla bağlı bəzi təfərrüatları əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var - VİDEO


Məlum olub ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Alıyev Adil Elman oğlu ilə 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı arasında münaqişə yaranıb.

Şahməmmədova G. Bizim.Media-ya açııqlamasında Alıyevlə aralarında bundan əvvəl də davalar olduğunu, hazırda münasibətlərinin polis orqanlarının araşdırdığını bildirib:

“Bu Adillə biz düşmən kimi idik. Əvvəllər də məndən pul götürüb. Dəfələrlə aramızda davalar olub. Elə indi də işimiz polisdə idi. Bu gün səhər saatlarında avtobusdan düşürüb mənə fiziki təzyiq göstərə göstərə və bıçaqla hədə-qorxu gələrək bu evə zorla gətirdi. Qolum, boğazımdan xəsarət almışam. Evin içində gördüm əlində benzin dolu şüşə var idi. Məni yandırmaq istəyirdi.

Güclə evdən qaçıb çıxa bildim. Birdən otaqda partlayış oldu. Ev yandı. Sonra da yanğınsöndürənlər və polislər gəldilər”, - deyə Şahməmmədova əlavə edib. 
 

Qeyd edək ki,  yanğın zamanı 58 yaşlı  Adil Əliyev aldığı yanıq xəsarətlərindən həyatını itirib. 64 yaşlı Gülnaz Şahməmmədova isə  xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim. Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO