AYNA-dan“Van der Val Intl. Transport Bakı” şirkəti ilə bağlı AÇIQLAMA - "4 ildir bağlanıb"

AYNA-dan“Van der Val Intl. Transport Bakı” şirkəti ilə bağlı AÇIQLAMA - "4 ildir bağlanıb"

Hazırda oxunan: AYNA-dan“Van der Val Intl. Transport Bakı” şirkəti ilə bağlı AÇIQLAMA - "4 ildir bağlanıb"

248931

Xəbər verdiyimiz kimi, bu gün yerli mediada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Van der Val Intl. Transport Bakı” şirkətinə böyük güzəştlər etməsi ilə bağlı yazı dərc olunub. Sözügedən məqalədə bildirilib ki, bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə isə “Van der Val Intl. Transport Bakı”ya digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb.

Üstəlik məqalədə sözügedən şirkətə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin qardaşı İlqar Rzayevin sədrlik etdiyi və şirkətə məhz bu səbəbdən güzəşt edildiyi qeyd olunub. 

Məsələ ilə bağlı AYNA-dan Bizim.Media-ya bildirilib ki, “Van der Val Intl. Transport Bakı” şirkəti 4 ildir fəaliyyətini dayandırıb: 

“Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib. Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO