Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində, Ələt-Astara magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, qəza "Chevrolet Cruze" markalı avtomobilin sürücüsünün qəfil əyləci basması ilə başlayıb.
Ardınca gələn "QazEl" ona çırpılıb, daha sonra isə "VAZ-2107" "QazEl"ə dəyib. Nəticədə "QazEl" əks istiqamətdən gələn traktorun qoşqusuna çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu