Gəncədəki partlayışda ölən şəxsin görüntüləri – ANBAAN VİDEO

Gəncədəki partlayışda ölən şəxsin görüntüləri – ANBAAN VİDEO

Hazırda oxunan: Gəncədəki partlayışda ölən şəxsin görüntüləri – ANBAAN VİDEO

248901

Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var - VİDEO


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO