Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var - VİDEO

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var - VİDEO

Hazırda oxunan: Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var - VİDEO

248892

Gəncədə mənzildə partlayış baş verib, ölən var.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Fikrət Əmirov küçəsi 22 saylı binanın 1-ci mərtəbəsində baş verib. 
 

Şahidlərin sözlərinə görə, əvvəlcə partlayış səsi eşidilib və sonradan yanğın başlayıb. Yanğın baş verən ünvana FHN-nin yanğınsöndürmə briqadası və texnikaları cəlb olunub. Yanğın söndürülüb.


1 otaqlı evin 20 kvadrat metr olan yaşayış sahəsi əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı orta yaşlı Adil adlı şəxs ağır dərəcəli bədən xəsarətləri alıb.

Təcili tibbi yardım briqadası zərərçəkəni xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə FHN-nin əməkdaşları ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO