Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

Hazırda oxunan: Ürəyin 1 nömrəli dərmanı bu meyvədir

248833

Ürək sağlamlığını qorumaq üçün doğru qidalanma çox vacibdir. Uzun illər boyunca narın ürək üçün ən faydalı meyvələrdən biri olduğu düşünülürdü.

Bizim.Media xəbər verir ki, son elmi araşdırmalar göstərir ki, avokado ürək və damar sağlamlığını qorumaqda nar qədər, hətta bəzi hallarda ondan daha təsirli ola bilər.

Bəs avokadonun ürəyə bu qədər faydalı olmasının səbəbi nədir? Hansı elmi tədqiqatlar bunu sübut edir?

Avokado təkli doymamış yağ turşuları, kalium, folat, E vitamini və liflə zəngindir. Bu komponentlər xolesterini tarazlaşdırır, qan təzyiqini normallaşdırır və ürək-damar sistemini qoruyur.

Gündə bir avokado yeməyin pis xolesterini (LDL) 13,5%-ə qədər azaltdığı və yaxşı xolesterini (HDL) artırdığı müəyyən edilib. Xüsusilə mülayim yüksək xolesterini olan insanlar üçün faydalıdır.

30 il ərzində 110.000 insan üzərində aparılan araşdırmaya görə, həftədə 2 porsiya avokado istehlak edən şəxslərdə ürək-damar xəstəlikləri riski 16%-ə qədər azalıb. Avokadonun pis yağları əvəz edərək ürəyə fayda verdiyi sübut olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO