Göyçayda güclü yanğın: Ev sahibinə küllü miqdarda ziyan dəydi - FOTO

Göyçayda güclü yanğın: Ev sahibinə küllü miqdarda ziyan dəydi - FOTO

Hazırda oxunan: Göyçayda güclü yanğın: Ev sahibinə küllü miqdarda ziyan dəydi - FOTO

248825

Göyçay rayonunun Çərəkə kəndində yanğın olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın zamanı kənd sakini 56 yaşlı Şirinov Sahib Mikayıl oğluna məxsus ümumi sahəsi 300 kv metr olan talvar yanar konstruksiyaları ilə və talvarında dayanmış FORD tranzit markalı yük maşını, eləcə də həyətdə olan 200 kv metr olan tövlə və tövlənin içərisində olan ot bağlaması, elektrik generatoru toy sifarişləri üçün qab-qacaqlar yanaraq külə dönüb.
 

Tövlənin 100 kv metr hissəsi isə yanğından mühafizə olunub.


Hadisə yerinə FHN-in Göyçay rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.



Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO