Lerikli ABŞ polisindən ilk AÇIQLAMA - FOTO

Lerikli ABŞ polisindən ilk AÇIQLAMA - FOTO

Hazırda oxunan: Lerikli ABŞ polisindən ilk AÇIQLAMA - FOTO

248810

Əslən Lerikin Gəndob kəndindən olan həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

Bizim.Media xəbər verir ki, bu haqda “Qafqazinfo”ya Z.Cəlil açıqlama verib.
 

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.


O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

ABŞ Polis Akademiyasını fərqlənmə diplomu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb.

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO