Zəngəzurdan keçən yüklər, Bakıdan gedən neft: Rusiya niyə unutdurmağa çalışır? - VİDEO

Zəngəzurdan keçən yüklər, Bakıdan gedən neft: Rusiya niyə unutdurmağa çalışır? - VİDEO

Hazırda oxunan: Zəngəzurdan keçən yüklər, Bakıdan gedən neft: Rusiya niyə unutdurmağa çalışır? - VİDEO

248789

“Rusiyanın Azərbayacana yad münasibəti SSRİ dövründə də olub. Bu münasibət özünü ən çox 2-ci dünya müharibəsindən sonra biruzə verib. Bakı neftinin sayəsində qələbə qazanan Moskva niyəsə bu məqamı dırnaq arasında unudub. Halbuki Azərbaycan bu savaşda canını da fəda edib, təbii sərvətini də. Amma Rusiyada bu gün də hesab edirlər ki, Qələbədə ən çox rus xalqının payı var”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, Azərbaycan xalqı onilliklər boyu 9 mayı bayram kimi qeyd edib:

“Bu illər ərzində bizim öz Qələbə günümüz olmayıb. 2020-ci ildə isə tariximizə öz şanlı zəfərimizi yazdıra bildik. Amma bu, azərbaycanlıların 2-ci dünya savaşındakı qəhrəmanlıqlarının unudulması demək deyil. Bakı nefti qələbənin əldə edilməsində əsas rolu oynayıb. Üstəlik, Sovet İttifaqına göndərilən vacib yardımlar Azərbaycan ərazisindən keçməklə lazımi nöqtələrə çatdırılıb. Amerikadan daşınan yüklər o zaman Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana daxil olub. Amma təəssüf ki, bütün bunları Rusiyada xatırlamaq istəyən çox az, unudan isə çox insan var”.

Daha ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO