Məşhur şirkət 10 min nəfəri işdən çıxarır

Məşhur şirkət 10 min nəfəri işdən çıxarır

Hazırda oxunan: Məşhur şirkət 10 min nəfəri işdən çıxarır

248751

Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir.

Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.
 

“Panasonic” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı hədəfləyir.


İcraçı direktor Kusumi Yuki bildirib ki, şirkəti sürətlə dəyişən biznes mühitinə qarşı “daha səmərəli və davamlı” reaksiya vermək istəyir.

“Panasonic” cari maliyyə ili üçün qazanc proqnozunu da açıqlayıb. Satışların təxminən 53,7 milyard (7 faiz azalma) ABŞ dolları olacağı gözlənilir. Xalis mənfəət 15 faizdən çox azalaraq 2,1 milyard dollara düşəcək. Proqnozlar ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin potensial təsiri nəzərə alınmadan hesablanıb. Bu, o deməkdir ki, satış və xalis mənfəət daha da az ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO