SU MAFİYASI adi krandan doldurulan suları əhaliyə 35 dəfə baha satır - ARAŞDIRMA

SU MAFİYASI adi krandan doldurulan suları əhaliyə 35 dəfə baha satır - ARAŞDIRMA

Hazırda oxunan: SU MAFİYASI adi krandan doldurulan suları əhaliyə 35 dəfə baha satır - ARAŞDIRMA

24866

Havalar isindikcə ölkəmizdə içməli su satışı da genişlənir. Marketlərdə müxtəlif ölçülərdə qablaşdırılmış suların istehlakçılar tərəfindən daha çox evlərə daşınmasının şahidi oluruq.

Bununla yanaşı müxtəlif şirkətlər tərəfindən suyun mənzillərə çatdırılması təklif olunur. Əslində dünyada içməli suyun qablaşdırılaraq, satışından milyard dollarla vəsait əldə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

İsti havada soyuq qazlı içkilərin qəbulu ölümlə nəticələnə bilər


Marketinq biclikləri sayəsində insanlar qablaşdırılmış sulara böyük maraq göstərirlər. Halbuki, adi filtrin köməyi ilə suyu təmizləmək mümkündür. Qiymət fərqi isə bəzən hətta 30-35 dəfəyə gədər yüksələ bilir. 

Azərbaycan bazarında keyfiyyətsiz içməli sular var. İstər marketlərdən alınan, istərsə də evlərə çatdırılan sularla bağlı narazılıqlar səslənir. Bəzi hallarda isə onların kran suyundan fərlənmədiyi bildirilir. Bu sulların bəzilərinin harda qablaşdırılması, necə təmizlənməsi isə bəlli deyil. Xatırladaq ki, dəfələrlə dövlət qurumları tərəfindən qanunsuz su qablaşdıran məntəqələr aşkarlanıb.

Göstəricisinə görə, 1 lt suda duzların miqdarı 50 mkq olarsa, o əla keyfiyyətli hesab olunur. Duzların miqdarı 50-100 arasında olduqda yaxşı, 100-250 olduqda normal, 250-300 mkq olduqda isə pis su hesab olunur. Əgər duzların miqdarı 450 mkq-dan çoxdursa, bu texniki sudur və onu içmək olmaz.
 

Azərbaycanda satışda olan suların əvvəlki illərdə araşdırması zamanı bəlli olub ki, “Bonaqua”da duzların miqdarı 210, “Badamlı”da 205, “Sirab”da 134, “Sırma”da 83 mkq-dır.
Əslində isə distillə olunmuş sularda heç bir duz olmamalıdır. 


İçməli su bazarında tərkibindəki duzun miqdarı daha yüksək olan qablaşdırılmış sular da var. Məsələn, “Aquavita” , “Damla”, “Slavyanka”.  Maraqlıdır ki, sonuncuda duzun miqdarı 326 mkq-dır, halbuku kran suyunda bu 329 mkq-dır. 

Hətta tərkibindəki duzları miqdarının kran suyundan daha yüksək olan qablaşdırılmış suların satışda olması da istisna edilmir. 

Yəni bu göstəricilər onu deməyə əsas verir ki, satışda olan bəzi sular sadəcə krandan qablara doldurularaq əhaliyə satılır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, su dadı, qoxusu, rəngi olmayan ilahi bir nemət olduğuna görə, onun keyfiyyətinin yoxlanılması da çətindir: 

“Dİgər maddələr istidən genişlənib, soyuqdan sıxıldığı halda su hər iki halda genişlənir, Su qeyri-adi möcüzəli, sabit qalan bir maddədir. Suyun bu  xüsusiyyətlərindən daim sui istifadə olunur”. 

Birlik sədri Azərbaycanda ən bəyənilən şirkət məhsullarının da saxtasının mövcud olduğunu bildirib: 
 

“İnsanlar elə bilirlər ki, təmizlənmiş su içirlər. Lakin bunu müəyyən etmək çox çətindir. Suyun qablaşdırılmasında onun mənbəyi yazılmalıdır. Təəssüf ki, buna əməl edilmir. Əhali bu məsələdə aldadılır.


Eyyub Hüseynov 8 il əvvəl satışda olan suların primitiv ekspertizasını keçirən zaman başına gələnlərdən də danışıb: 

“Bir həftənin içində üç yerdə məhkəməyə verildim. Mənə dedilər ki, sən benzindən də dəfələrlə baha olab bir şeyə toxunmusan, zarafat bilirsən su maafiyasını... Azərbaycan bazarında təmizlənmiş, qablaşdırılmış formada litri 40 qəpiyə də, 10 manata da olan sular var. Əgər onun tərkibi H2O-dursa, heç kim cavab tapmır ki, nəyə görə birinin qiyməti 40 qəpik, digərininki 10 manatdır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO