Xəbər verdiyimiz kimi bu gün Şəki şəhərinin kənarından keçən dairəvi yolda, Salman Mümtaz küçəsində yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu hadisə şahidləri bildiriblər ki, içərisində Balakən və Zaqatala sakinlərinin olduğu 08 BC 898 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun keçid hissəsində qarşısına 90 LH 214 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili çıxıb.
Sərnişin mikroavtobusu qəzadan yayınmaq istəsə də, bu mümkün olmayıb. Nəticədə hər iki avtomobildən xəsarət alanlar olub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müayinə və müalicələri aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şəki regional qrupundan bildirilib ki, hadisə yerinə polis və müvafiq orqanların əməkdaşları cəlb olunub. Baş vermis yol qəzası ilə bağlı araşdırmalar başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:33 / 10.05.2025
Şəkidəki qəzanın ilkin təfərrüatları MƏLUM OLDU - VİDEO
Hazırda oxunan: Şəkidəki qəzanın ilkin təfərrüatları MƏLUM OLDU - VİDEO
Hazırda oxunan: Şəkidəki qəzanın ilkin təfərrüatları MƏLUM OLDU - VİDEO
248655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.