Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

24863

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-23 isti, gündüz 28-33 isti, Bakıda gecə 21-23 isti, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Səhər saatlarında bəzi yerlərdə dumaolacaqn. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 32-37 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO