Hava kəskin dəyişir: Leysan, sulu qar... – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, sulu qar... – XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava kəskin dəyişir: Leysan, sulu qar... – XƏBƏRDARLIQ

248608

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 11-i günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
 

12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.


Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO