İcra başçısı onu birinci müavin təyin etdi

İcra başçısı onu birinci müavin təyin etdi

Hazırda oxunan: İcra başçısı onu birinci müavin təyin etdi

248588

Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

Bizim.Media "Unikal"az istinadla xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Hüseynov Tohid Əlihüseyn oğlu Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Tohid Hüseynov bu vəzifəyə qədər Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Masallı rayon İcra Hakimiyyəti başçısının köməkçisi və Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.
Ailəlidir. 3 övladı vardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO