Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ

Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ

248518

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Amin İsmayılov sinif yoldaşı Sərxan İbrahimovla dalaşıb. Hadisə nəticəsində S.İbrahimov yumruqla A.İsmayılovu gözündən vurub. Hadisədən bir gün sonra A.İsmayılov həmin orta məktəbdə işləyən anası S.İbrahimova irad bildirib. S.İbrahimov isə A.İsmayılovun anasına ağır cavab qaytarıb. Bunu görən A.İsmayılov üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə A.İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. A.İsmayılov cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO