“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

Hazırda oxunan: “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

248478

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə genişləndirən yeni imkanlarla diqqət çəkib.

“Telegram” artıq özünün daxili hədiyyə bazarı olan "Telegram Stars" platformasını istifadəyə verib. İstifadəçilər bu sistem vasitəsilə kolleksiya hədiyyələrini təhlükəsiz şəkildə ala və sata biləcəklər. Şirkət yanvar ayında təqdim olunan bu hədiyyələrin böyük maraqla qarşılandığını və bir çox kolleksiyaların bir neçə dəqiqə ərzində tükəndiyini bildirib.

Yeni bazar istifadəçilərə:
 

Profildə açılmış hədiyyəni seçib “Sat” düyməsinə klikləməklə qiymət təyin etməyə, minlərlə nadir hədiyyəyə çıxış əldə etməyə, eyni zamanda hədiyyə seçimini genişləndirməyə və gəlir əldə etməyə imkan verir.


Yeniləmənin digər əsas yeniliyi isə hekayə redaktoruna aiddir. Artıq istifadəçilər bir neçə foto və videonu eyni anda seçərək paylaşa bilirlər. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO