“Kartınızda pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar” – DİN-dən ÇAĞIRIŞ

“Kartınızda pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar” – DİN-dən ÇAĞIRIŞ

Hazırda oxunan: “Kartınızda pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar” – DİN-dən ÇAĞIRIŞ

248442

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
 

Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.


“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO