Bu günlərdə 11 şəhərdə təşkil olunan futbol üzrə Avropa çempionatında bir neçə erməni jurnalist akkreditasiyadan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat erməni mətbuatında yerləşdirilib.
Xüsusilə David Yegiazaryan (News.am) və Karen Rafaelyanın (Vnews) adları çəkilir. May ayında onların akkreditasiya aldıqları bildirilib, ancaq ev sahibi ölkələrin hər hansı birindəki hüquq mühafizə orqanları jurnalistlərin cinayətlə əlaqəli olduğuna qərar versələr, sənəd ləğv edilir.
MÖVZU İLƏ BAĞLI:
Erməni şərhçi Bakıdakı oyunlara akkreditə olundumu? - TƏFƏRRÜAT
Ev sahibi ölkələrdən birinin veto qoyması akkreditasiya verilməsini əngəlləyir.
Avropa çempionatı başladıqdan sonra jurnalistlər UEFA-dan təşkilatçı ölkələrdən birinin qərarı ilə akkreditasiyadan məhrum olduqları barədə məktub alıblar. Ermənilər bunun Azərbaycanın təşəbbüsü ilə baş verdiyini güman edirlər.
Kütləvi informasiya vasitələri Yegiazaryanın Sankt-Peterburqda keçiriləcək altı qrup mərhələsi oyunlarına getməyi planlaşdırdığını yazır. İndi bu məsələ ilə Ermənistan Futbol Federasiyası məşğul olur.
Ermənilərə daha sonra Rusiyanın Match TV telekanalının şərhçiləri Nobel Arustamyan və Konstantin Qeniç tərəfindən alınan sertifikatlara bənzər akkreditasiyalar veriləcəyi istisna deyil.
Akkreditasiyalarında Bakı şəhəri ziyarət üçün əlverişli şəhərlər siyahısından çıxarılıb.
Xatırladaq ki, Azərbaycan Arustamyanın, Qeniçin, habelə Match TV-nin başqa bir şərhçisi Mixail Mossakovskinin Azərbaycan tərəfinin icazəsi olmadan işğal olunmuş və indi azad edilmiş ərazilərə gələrək Azərbaycan qanunlarını pozduqları üçün akkreditasiyanı bloklayıb.
Bizim.Media