Maskaya görə supermarketdə atışma oldu – Ölən var

Maskaya görə supermarketdə atışma oldu – Ölən var

Hazırda oxunan: Maskaya görə supermarketdə atışma oldu – Ölən var

24839

İctimai yerlərdə maska taxmağın zəruriliyi ilə bağlı mübahisə ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki supermarketdə atışma ilə sona çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə yazır ki, yerli müstəqil dedektiv agentliyi olan Corciya İstintaq Bürosunun dediyinə görə, nəticədə bir nəfər güllələnib, silahlı da daxil olmaqla üç nəfər yaralanıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da atışma: ölənlər və yaralananlar var


Büronun saytında yerləşdirilən informasiyada deyilir ki, supermarketə girən 30 yaşlı Viktor Li Tucker bir kassirlə onun maskası ilə bağlı mübahisə edib.

O, mağazadan heç nə almadan çıxıb, sonra geri qayıdaraq kassir qadını güllələyib.

Supermarketdə olan bölgə şerifinin müavini cinayətin qarşısını almağa çalışıb, Tucker ilə aralarında atışma baş verib. Nəticədə hər iki şəxs yaralanıb, əlavə olaraq güllələrdən biri başqa bir kassirə dəyib.

Polis Tuckeri hadisə yerindən qaçmağa çalışarkən tutıb. Qatil və şerifin müavini xəstəxanaya yerləşdirilib, ikinci kassirə yerindəcə kömək edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO