"Yuventus" onu birdəfəlik alır

"Yuventus" onu birdəfəlik alır

Hazırda oxunan: "Yuventus" onu birdəfəlik alır

248368

"Yuventus" icarə əsasında çıxış edən futbolçusu Lloyd Kellini birdəfəlik alır.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
 

Bunun üçün Turin klubu "Nyukasl"a 17,5 milyon avro məbləğində ödəməyə hazırlaşır. Bu 26 yaşlı müdafiəçinin "qoca sinyora"da icarə əsasında çıxış etməsinə baxmayaraq, bu keçid əvvəlcədən birdəfəlik olub və onun İngiltərə klubuna qayıtmaq planları yox idi. Hazırda isə formal məsələlər də həll olunur.


Qeyd edək ki, Lloyd Kelli qış transfer pəncərəsində "Nyukasl"dan "Yuventus"a icarə əsasında keçmişi. O, bu müddət ərzində 27 oyuna çıxıb və 1 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO