İllər sonra bu yaşayış massivinə təbii QAZ verilib

İllər sonra bu yaşayış massivinə təbii QAZ verilib

Hazırda oxunan: İllər sonra bu yaşayış massivinə təbii QAZ verilib

248342

Xaçmazın Xudat şəhərinə daxil olan 4-cü şöbə adlanan yaşayış məntəqəsinə uzun müddət sonra təbii qaz verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, illərdir şəhər statusunda olan Xudat sakinləri mavi yanacaq üzünə həsrət idilər. Bu gün onların mənzillərində təbii qazın verilişi reallaşıb.

Rayon rəsmilərinin açıqlamalarına görə ilin sonunadək daha bir neçə kəndə təbii qaz veriləcək.

Qeyd edək ki, Xudatın 4-cü şöbəsi adlanan massivdə 130 yaşayış evi var. Sözügedən massivə təbii qaz xətti hələ iki il əvvəl çəkilmişdi. Amma mavi yanacağın verilişi bu gün reallaşıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO