Bakıdakı abidələrin yanında QR-kodlu məlumat lövhələri YERLƏŞDİRİLƏCƏK – RƏSMİ/ ÖZƏL

Bakıdakı abidələrin yanında QR-kodlu məlumat lövhələri YERLƏŞDİRİLƏCƏK – RƏSMİ/ ÖZƏL

Hazırda oxunan: Bakıdakı abidələrin yanında QR-kodlu məlumat lövhələri YERLƏŞDİRİLƏCƏK – RƏSMİ/ ÖZƏL

248306

Bir müddət əvvəl Bakıdakı bəzi heykəllərin adının hələ də  kiril əlifbasıyla olması məsələsini qaldırmışdıq. Buna nümunə olaraq isə Üzeyir Hacıbəyovun Milli Konservatoriyanın qarşısındakı heykəlini və Səməd Vurğunun adının verildiyi bağdakı heykəlini nümunə gətirmişdik. Bununla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışdıq.

Nazirlik sorğumuza belə münasibət bildirib.

Qurumun mətbuat katibi Aynur Kərimovanın Bizim.Media-ya verdiyi açıqlamada qeyd olunub ki, Bakıda mövcud olan monumental heykəltaraşlıq abidələrinin postamenti üzərindəki kiril qrafikası ilə olan yazıların dəyişdirilməsi, hazırda nəzərdə tutulmayıb.

“Qeyd etmək lazımdır ki, abidələrin orijinal görünüşünə hər hansı bir dəyişiklik etmək üçün müvafiq qərar olmalıdır.

Lakin həmin abidələrin yanında müasir tendensiyalara uyğun, özündə daha çox informasiya daşıyan QR-kodlu məlumat lövhələrinin quraşdırılması imkanları araşdırılacaq. Bu yanaşma, həm tarixi və mədəni irsin orijinallığının qorunmasına, həm də informasiyanın müasir və əlçatan şəkildə təqdim olunmasına imkan yaradır. Bu, abidələrin təkcə vizual olaraq deyil, həm də məlumat baxımından zənginləşməsinə xidmət edə bilər”,-deyə açıqlamada əlavə olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO