SON DƏQİQƏ! İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

SON DƏQİQƏ! İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

Hazırda oxunan: SON DƏQİQƏ! İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

248276

Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Bizim.Media xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.
 

Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.


Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO