“Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət artıq Ali Məhkəməyə daxil olub.
O, müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyir.
Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmədə də şikayətini təmin etməyib.
Xatırladaq ki, daha əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:13 / 08.05.2025
Həbsdə olan Rasim Məmmədov əmlaklarını geri istəyir
Hazırda oxunan: Həbsdə olan Rasim Məmmədov əmlaklarını geri istəyir
Hazırda oxunan: Həbsdə olan Rasim Məmmədov əmlaklarını geri istəyir
248264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.