Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq - VİDEO

Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq - VİDEO

Hazırda oxunan: Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq - VİDEO

248256

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur.

Onun sözlərinə görə, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür.

Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur.

, əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO