Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
*** 20:44
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:00 / 07.05.2025
Nəsimi rayonundakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB
Hazırda oxunan: Nəsimi rayonundakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB
Hazırda oxunan: Nəsimi rayonundakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB
248184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.