Ağstafada

Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı

Hazırda oxunan: Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı

24815

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

11-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. R.Bayramlını sinif yoldaşı, 2004-cü il tüvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu bıçaqlayıb.

Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO