Karateçilərimizin İrəvandakı yarışa qatılmamasının səbəbi BƏLLİ OLDU – Federasiya Prezidentindən AÇIQLAMA

Karateçilərimizin İrəvandakı yarışa qatılmamasının səbəbi BƏLLİ OLDU – Federasiya Prezidentindən AÇIQLAMA

Hazırda oxunan: Karateçilərimizin İrəvandakı yarışa qatılmamasının səbəbi BƏLLİ OLDU – Federasiya Prezidentindən AÇIQLAMA

248125

Bu gün İrəvanda karatenin WKF növü üzrə Avropa çempionatı başlayıb. Azərbaycan idmançılarının bu yarışda iştirakı gözlənilsə də, onlar İrəvana yollanmayıb.

Məsələ ilə bağlı Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Bizim.Media-ya açıqlamasında bildirib ki, yarışa qatılmamağımız sırf təhlükəsizliklə bağlıdır:

“Bu yarışda iştirak etməməyimiz sırf təhlükəsizliklə bağlıdır. Əslində planda var idi. Hətta bununla bağlı karate federasiyası adından Gənclər və İdman Nazirliyinə müraciət də olunmuşdu. Oradan isə bildirildi ki, təhlükəsizliklə bağlı qitə çempionatında iştirakımız məqbul sayılmayıb”.

Qeyd edək ki, İrəvanda həmçinin Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Yaşar Bəşirov həmin tədbirdə iştirak etməsə də, yenidən 4 il müddətinə komitənin üzvü seçilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO