Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay

Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay

Hazırda oxunan: Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay

248113

Xəbər verdiyimiz kimi, dünən Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib. Bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kazım Hüseynəliyevin nazir vəzifəsinin ömrü cəmi bir gün çəkib.
 

Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb.


Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də Naxçıvan Ali Məclisinin //alimajlis.gov.az/ saytının sərəncam, fərman və qərarlar bölmələrində Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı heç bir məlumat mövcud deyil. Buradakı əksər sənədlər aprel ayına aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO