Velosipedlər üçün təşkil edilən işıqforların iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Velosipedlər üçün təşkil edilən işıqforların iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Velosipedlər üçün təşkil edilən işıqforların iş rejimi ilə bağlı RƏSMİ AÇIQLAMA

248105

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə Bakıda işıqforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velospied bölmələri quraşdırılıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  24 yolayrıcında olan işıqforlara 53 ədəd velosiped bölmələri quraşdırıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan bu işıqforlar velosipedçilərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan verir.

Bəs, velosipedlər üçün svetaforlar hansı rejimdə işləyəcək?

Suala cavab olaraq NİİM-dən Bizim.Media-ya bildirilib ki, svetoforlarda əlavə rejim olmayacaq:

“Velosiped zolaqları piyada zolaqlarına paralel təşkil edildiyindən svetoforlarda quraşdırılmış velosiped bölmələrinin işləmə məntiqi eyni istiqamətdəki piyada bölmələri ilə eynidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO