“8 Noyabr”da DƏHŞƏTLİ QƏZA – Ana və iki övladını maşın VURDU – ANBAAN VİDEO

“8 Noyabr”da DƏHŞƏTLİ QƏZA – Ana və iki övladını maşın VURDU – ANBAAN VİDEO

Hazırda oxunan: “8 Noyabr”da DƏHŞƏTLİ QƏZA – Ana və iki övladını maşın VURDU – ANBAAN VİDEO

248083

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində ağır qəza baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir.

"Məsələn, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

Qəzaların baş verməsinə səbəblər isə demək olar ki eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;

2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;

3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;

4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;

5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir” - məlumatda qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO