Sabirabadda obyekt yandı – VİDEO

Sabirabadda obyekt yandı – VİDEO

Hazırda oxunan: Sabirabadda obyekt yandı – VİDEO

248070

Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın olub.

Bizim.Media xəbər verir ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO