Bakı metrosunun “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edən qatarlarda sərnişin sıxlığı var və bu zaman təhlükəsizlik məsələləri nəzərə alınmaqla hərəkət təşkil olunur.
Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, qatarların intervalları ilə bağlı heç bir problem yoxdur: “Amma qatar stansiyadan gec çıxarsa, avtomatik olaraq ondan qabaqkı qatarın hərəkətində də ləngimə ola bilir. Odur ki, Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlığı səbəbi ilə tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır”.
B.Məmmədov qeyd edib ki, son vaxtlar sərnişin sıxlığının aradan qaldırılması istiqamətində işlər görülüb: “Amma bəzi günlərdə sərnişin sıxlığına görə müvafiq tənzimləmə mexanizmləri həyata keçirilir. Əsas prinsip və vəzifəmiz də sərnişinlərin və hərəkətin təhlükəsizliyini təmin etməkdir”.
Xatırladaq ki, bu gün Bakı metrosunun “Həzi Aslanov-Dərnəgül” xəttində qatarların hərəkətində ləngimələrin olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.
izim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:18 / 07.05.2025
Bakı metrosunda bugünkü sərnişin sıxlığının SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Bakı metrosunda bugünkü sərnişin sıxlığının SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Bakı metrosunda bugünkü sərnişin sıxlığının SƏBƏBİ AÇIQLANDI
248067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.