MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş KEÇİRİLDİ - FOTO

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş KEÇİRİLDİ - FOTO

247980

6 may tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar qarşılıqlı səfərlər və mediaturlar çərçivəsində sözügedən ölkənin bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu baxımdan media sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
 

O, media sahəsində təcrübə və resurs mübadiləsinin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, kommunikasiyaya məsul şəxslər və jurnalistlərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərin “Yol Xəritəsi” çərçivəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.


Qonaqlar Agentliyin media sahəsində həyata keçirdiyi sistemli yanaşmanı, xüsusilə media subyektlərinin inkişafına və rəqəmsallaşma proseslərinin sürətləndirilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndiriblər.

Onlar belə təşəbbüslərin gələcəkdə hər iki ölkədə medianın dayanıqlı inkişafına xidmət göstərəcəyini ifadə ediblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO