Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK

Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK

Hazırda oxunan: Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK

247908

TƏBİB-sədri Vüqar Qurbanov Azərbaycanda "Ağ Ciyər Xəstəlikıəri Mərkəzi" Publik Hüquqi Şəxsin yaradılması barədə əmr imzalayıb. Əmrə əsasən bölgələrdə regional xəstəxanalar yaradılıb.

Bu barədə "Ağ Ciyər Xəstəlikləri Mərkəzi" Publik Hüquqi Şəxsin Quba Regional Xəstəxanasının baş həkimi İlhamə Həsənova Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, Quba Regional xəstəxanasında 5 şöbə - Qusar, Quba, Xaçmaz, Siyəzən, Şabran vərəm şöbələri birləşib.

İlhamə Həsənova qeyd edib ki, ölkədə ayrıca regional vərəm xəstəxanalarının yaradılmasında əsas məqsəd bu sosial xəstəlik daşıyıcılarının vahid mərkəzdən müalicə olunmasını həyata keçirməkdir:

"Burada bir çox nüanslar nəzərdə tutulub.Vərəm xəstələrinin statistikasını düzgün aparmaq, dərmanların bir mərkəzdən və vaxtında verilməsini təmin eləmək, stasionar şəraitdə müalicə almalarına nəzarəti gücləndirmək və digər işlərin həyata keçirilməsi nəzərdə tutulub".

İlhamə Həsənova hazırda Qubada xəstəxananın texniki təminatı və tam yerləşmələri üçün işlər görüldüyünü bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO