"Bolt"dan ciddi dəyişiklik: "Comfort və Comfort+" ləğv olundu - AÇIQLAMA

"Bolt"dan ciddi dəyişiklik: "Comfort və Comfort+" ləğv olundu - AÇIQLAMA

Hazırda oxunan: "Bolt"dan ciddi dəyişiklik: "Comfort və Comfort+" ləğv olundu - AÇIQLAMA

247890

"Bolt" xidmətin keyfiyyətini təkmilləşdirmək və xidmət səviyyələrini mövcud resurslara daha da uyğunlaşdırmaq məqsədilə avtomobillərin kateqoriyalar üzrə bölgüsünü yenidən tərtib edib.

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a "Bolt" şirkətindən məlumat verilib.

Bildirilib ki, yeni bölgü daha ədalətli və məntiqli olmaqla yanaşı, müştərilərə göstərilən xidmətin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artıracaq.

"Bu yeniliklər ilk dövrlərdə müəyyən sayda tərəfdaşlara və sürücülərə mənfi təsir göstərirmiş kimi təəssürat bağışlasa da uzunmüddətdə hər bir subyektin gəlirinin onların gördüyü işin həcminə uzlaşacağı proqnozlaşdırılır. Bunu nəzərə alaraq dəyişikliklərin sürücülər və partnyor avtoparklar tərəfindən müsbət qarşılanacağına inanırıq. Avtomobillərin yenidən kateqoriyalara bölünməsi çərçivəsində, Comfort və Comfort+ kateqoriyaları birləşdirilərək daha səmərəli və işlək bir təsnifatlandırılma aparılıb", - deyə şirkətdən məlumat verilib.

Qeyd edilir ki, bundan əlavə, "Bolt"un veb saytında yenidən təsnifatlandırma, avtomobil tələbləri, uyğunluq kriteriyaları və digər əsas məlumatları əhatə edən ayrıca bir səhifə dərc olunacaq:

"Eyni zamanda hər bir sürücü onlara təqdim edilən link vasitəsilə kateqoriyalar üzrə tələb olunan avtomobil markalarının siyahısı ilə tanış ola biləcək. Hər hansı şikayət, təklif və suallarla bağlı bizimlə əlaqə saxlamaq istəyənlər üçün [email protected] email ünvanı işə salınıb.

Bu yol, bütün müraciət və şikayətlərin vahid kanal üzərindən daha səmərəli şəkildə cavablandırılmasına və idarə olunmasına imkan verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO