Gecə Bakıda meteor yağışı müşahidə ediləcək

Gecə Bakıda meteor yağışı müşahidə ediləcək

Hazırda oxunan: Gecə Bakıda meteor yağışı müşahidə ediləcək

247835

Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq.

Bizim.Media report-a istinadən xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq.

Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.
 

Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.


Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər - "axan ulduzlar" əmələ gətirir.

Eta-Akuariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan Eta-Akuariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO