Babək rayonunda QƏZA - Ana və oğul xəsarət aldı - FOTO

Babək rayonunda QƏZA - Ana və oğul xəsarət aldı - FOTO

Hazırda oxunan: Babək rayonunda QƏZA - Ana və oğul xəsarət aldı - FOTO

247829

Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, "Renault" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO