Bağçalarda işləmək istəyənlərin NƏZƏRİNƏ – Vakant yerlər var – RƏSMİ

Bağçalarda işləmək istəyənlərin NƏZƏRİNƏ – Vakant yerlər var – RƏSMİ

Hazırda oxunan: Bağçalarda işləmək istəyənlərin NƏZƏRİNƏ – Vakant yerlər var – RƏSMİ

247775

Hazırda 1676 məktəbəqədər təhsil müəssisəsində 1076 tibb bacısı fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində tibb bacısı vəzifəsi üzrə 79 vakant yer mövcuddur.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.
 

Agentliyin məlumatında qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir.


Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatında qeyd olanan böyük tibb bacısı ştatı körpələrə tibbi qulluq, həkiməqədər tibbi yardım göstərmək üçün nəzərdə tutulub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO