Sosial şəbəkələrdə 51 minlik DƏLƏDUZLUQ: Saxlanılanlardan biri yeniyetmədir

Sosial şəbəkələrdə 51 minlik DƏLƏDUZLUQ: Saxlanılanlardan biri yeniyetmədir

Hazırda oxunan: Sosial şəbəkələrdə 51 minlik DƏLƏDUZLUQ: Saxlanılanlardan biri yeniyetmədir

247741

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.


Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələ keçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər", DİN-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO