Bakı Funikulyoru bu gün PULSUZDUR

Bakı Funikulyoru bu gün PULSUZDUR

Hazırda oxunan: Bakı Funikulyoru bu gün PULSUZDUR

247719

Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.

Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir.
 

Xatırladaq ki, funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O, tanınmış dövlət xadimi, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.


Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO