Ağ Şəhər, NZS, Xırdalan və... – Bu ərazilərdə metro stansiyaları TİKİLƏCƏK

Ağ Şəhər, NZS, Xırdalan və... – Bu ərazilərdə metro stansiyaları TİKİLƏCƏK

Hazırda oxunan: Ağ Şəhər, NZS, Xırdalan və... – Bu ərazilərdə metro stansiyaları TİKİLƏCƏK

247714

Bakıda 10 yeni metro stansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bunu “Teleqraf.az”a açıqlamasında Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə üzrə son tamamlama işləri aparılır.

Qeyd edək ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulan layihəyə əsasən, stansiyalardan 6-sı “bənövşəyi”, 4-ü isə “yaşıl” xəttin üzərində yerləşəcək. Yeni stansiyalar Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlərin şəhər mərkəzinə daha rahat çatmasına imkan yaradacaq.
 

Bu stansiyalardan 6-sı "Bənövşəyi" xətt üzərində olacaq. "Yeni şəbəkə "Nizami", "Sahil" və "Xətai" stansiyalarında digər xətlərlə keçidi təmin etməklə sərnişin axınını xeyli optimallaşdıracaq.


"Ağşəhər” və NZS qəsəbəsində tikiləcək stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün böyük rol oynayacaq. Nəticədə bu xətdə də intervallar azaldılacaq.

“Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşıma metronun gücü 88 milyon nəfər artırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO