Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi prosesi uzadılıb.
Bu barədə Bizim.Media-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, www.miq.edu.az/yerdeyishme saytında yaranan texniki problemlər səbəbindən müsabiqənin vakansiya seçimi mərhələsi 6 may saat 11:00-dək davam edəcək:
"Hazırda sayt aktivdir. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:11 / 05.05.2025
İş yerini dəyişmək istəyən müəllimlərə ŞAD XƏBƏR!
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərə ŞAD XƏBƏR!
Hazırda oxunan: İş yerini dəyişmək istəyən müəllimlərə ŞAD XƏBƏR!
247697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.